Şou biznes
Məşhur DJ Ginnesin Rekordlar Kitabına düşdü
Şotlandiyalı DJ Kelvin Harris Braziliyanın San-Paulu şəhərində təxminən 1.6 milyon nəfər qarşısında çıxış edərək Ginnesin Rekordlar Kitabına düşüb. Oxu.Az BBC-yə istinadən xəbər verir. Söhbət solo DJ çıxışı üçün ən böyük auditoriya rekordundan gedir. Kelvin Harris 2026-cı ilin fevralında şəhərin karnaval platformasında çıxış edib. "Belə bir şey yalnız Braziliyada baş verə bilərdi", - deyə musiqiçi bildirib. Kelvin Harris daha əvvəl də Ginnesin Rekordlar Kitabına düşüb. O, 2014-cü ildə bir albomdan doqquz mahnının Böyük Britaniyanın hit-paradında ilk 10-luqda yer alması ilə rekorda imza atıb. Daha sonra isə ilin ən yüksək gəlir əldə edən DJ-i kimi qeydə alınıb.
Mənbə
oxu.az