Dünya
İranda müəmmalı PARTLAYIŞLAR: Pəncərələr titrədi, təkanlar hiss olundu
İranın Bəndər-Abbas və Qeşm bölgələrində partlayışlar olub. Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb. Bəndər-Abbasın bir çox sakini partlayış dalğasından pəncərələrin titrədiyini bildirib. Qeşmdən daxil olan məlumatda isə adada təkanlar hiss olunduğu və partlayış səsinin dəniz tərəfdən gəldiyi qeyd edilir.
Mənbə
oxu.az