Dünya
Sapateronun seyfindən çıxan milyonluq zinət əşyaları: Aralarında kralın hədiyyələri də var - FOTO
İspaniyanın sabiq baş naziri Xose Luis Rodriqes Sapatero hakimə seyfində aşkarlanan zinət əşyalarının Səudiyyə Ərəbistanı kralı Abdullah bin Əbdüləziz tərəfindən 2007-ci ildə ona verilmiş şəxsi hədiyyə olduğunu bildirib. Oxu.Az xəbər verir ki, bu barədə RTVE telekanalı məlumat yayıb. Məlumata görə, söhbət ağ qızıldan hazırlanmış, yaqut, zümrüd və sapfirlərlə bəzədilmiş üç zinət əşyası dəstindən gedir. Hər dəstdə dörd əşya var. Sapatero iddia edir ki, onları monarxın 2007-ci il iyunun 18-19-da Madridə rəsmi səfəri zamanı Monkloa sarayındakı ailə iqamətgahında alıb. "Müdafiə tərəfinin yazılı izahatında qeyd olunur ki, bu, Səudiyyə kralına hörmət və minnətdarlıq əlaməti olaraq qəbul edilmiş sırf şəxsi hədiyyə olub", - vəkilin yazılı izahatında bildirilir. Vəkil Viktor Moreno, həmçinin hədiyyənin verilməsi faktının rəsmi təsdiqlənməsi üçün Səudiyyə Ərəbistanına beynəlxalq sorğu göndərilməsi barədə vəsatət təqdim edib. Onun sözlərinə görə, kral sarayının protokol rəhbərinə məktub Sapateronun iyun ayında dindirilməsindən bir gün əvvəl səfirlik vasitəsilə göndərilib, lakin cavab alınmayıb. Buna görə də avqustun 12-də təkrar müraciət göndərilib. Aşkarlanaraq götürülən 67 əşyanın arasında, müdafiə tərəfinin versiyasına görə, Sapateronun həyat yoldaşı Sonsoles Espinosanın ailə mirasına aid olan və ya "səfərlərdən gətirilən hədiyyələr" hesab edilən əşyalar da var. Müdafiə tərəfi "Ansorena" zərgərlik evinin əşyaları 1,32 milyon avro dəyərində qiymətləndirməsi ilə razılaşmır. Sənədlərdə göstərilir ki, bu, hədiyyənin verildiyi vaxtdakı deyil, 2026-cı ilin iyun ayındakı "bazar dəyəri"dir. Prokurorluq daşların hazırkı dəyərini və cilalanma tarixini müəyyənləşdirmək üçün əlavə gemoloji ekspertizanın təyin edilməsini istəyib. Prokurorluq onların real qiymətinin əhəmiyyətli dərəcədə daha yüksək ola biləcəyini ehtimal edir.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az