Digər
"ADEX 2026" müdafiə sənayesinin gələcəyini Bakıda bir araya gətirir - VİDEO
Baku TV-nin "Hərbi xronika" verilişinin budəfəki buraxılışında "ADEX 2026" beynəlxalq müdafiə sərgisinin işgüzar proqramının mahiyyəti, milli müdafiə potensialının təqdimatında tətbiq olunan yeni yanaşmalar və beynəlxalq hərbi-texniki əməkdaşlığın genişlənmə perspektivləri təhlil olunub.
Qeyd olunub ki, fərqli istiqamət və maraqların kəsişdiyi "ADEX" sərgisinin işgüzar proqramı iştirakçılara yalnız məhsullarını təqdim etmək deyil, həm də gələcək əməkdaşlığın konturlarını müəyyənləşdirmək imkanı yaradır. "Caspian Event Organisers" şirkətinin baş meneceri Ayla Canıbəyova Baku TV-yə bildirib ki, "ADEX" sərgisinin builki işgüzar proqramı müdafiə və təhlükəsizlik sahəsindəki aktual çağırışlar nəzərə alınaraq hazırlanıb və seçilən mövzular həm strateji, həm də praktik əhəmiyyət daşıyır. Müdafiə sənayesində baş verən bu dəyişiklik onun öz strukturunda da aydın görünür. Elmi potensial, universitetlərdə formalaşan insan kapitalı, süni intellekt və yeni ideyaları bazara çıxaran startaplar da bu prosesdə getdikcə daha böyük rol oynayır. Bu istiqamətlərin "ADEX"in işgüzar proqramında geniş yer alması təbii olaraq bir sual doğurur: "ADEX"in işgüzar proqramında diqqətçəkən bu yeniliklər yalnız proqramın məzmununun genişlənməsi deməkdir, yoxsa burada sərginin öz formatında baş verən dəyişikliklərdən də danışmaq olar? Ayla Canıbəyovanın sözlərinə görə, bunu formatın dəyişməsi deyil, məzmunun genişlənməsi kimi qiymətləndirmək daha doğru olar: "ADEX" yenə də müdafiə sənayesi üzrə ixtisaslaşmış beynəlxalq sərgidir. Sadəcə, bu gün müdafiə sənayesinin elm, universitetlər, süni intellekt, kibertəhlükəsizlik və startaplarla birlikdə inkişaf etdiyini proqramda da göstəririk". O həmçinin vurğulayıb ki, "ADEX 2026"nın işgüzar proqramı elm, texnologiya, insan kapitalı və beynəlxalq əməkdaşlığı bir araya gətirən peşəkar dialoq platformasıdır.

Mənbə
oxu.az