Cəmiyyət
Bakı və Sumqayıt üçün YENİ ÇIXIŞ YOLU: Əhalinin kəndlərə qayıdışı stimullaşdırıla bilər - VİDEO
Son günlərin ən çox müzakirə olunan mövzularından biri paytaxtdakı tıxaclardır. Problemdən çıxış yolu kimi müxtəlif təkliflər irəli sürülür. Oxu.Az Baku TV-yə istinadla xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc da məsələ ilə bağlı təkliflə çıxış edib.
Komitə sədri hesab edir ki, Qarabağa qayıdış proqramı kimi kəndlərə qayıdış proqramı da olmalıdır. Deputat insanların kəndlərə qayıdışını stimullaşdırmaq üçün iqtisadi güzəştlərin tətbiqini təklif edir. Bunlara kəndlərdə kommunal tariflərin aşağı salınması, emal müəssisələrinə sıfır vergi siyasətinin tətbiqi və digər güzəştlər daxildir. Məsələni şərh edən iqtisad üzrə fəlsəfə doktoru Emin Qəribli bildirib ki, belə güzəştlərin bütün bölgələrə və müxtəlif sahələrə şamil olunması daha böyük maliyyə vəsaiti tələb edə bilər: "Təbii ki, eyni ola bilməz. Zahid müəllimin təklif etdiyi tədbirlər bir bölgəyə deyil, bütün bölgələrə şamil olunarsa və ayrı-ayrı sahələri də nəzərə alsaq, təbii ki, buna daha çox vəsait lazım olacaq. Lakin yanaşmanın özü doğrudur. Müəyyən güzəştlərin verilməsinə, yardımların göstərilməsinə, hətta proqramların qəbul olunmasına ehtiyac var. Məsələn, son günlər müzakirə olunan və Prezidentin keçirdiyi müşavirədə də toxunulan mədən və metallurgiya sənayesinin inkişafı buna bariz nümunədir. Bu proqram əvvəl qəbul olunan proqramlardan köklü şəkildə fərqlənir. Burada müəyyən dövr, ayrılacaq vəsait, həmin vəsaitin hara yatırılacağı müəyyənləşdirilib, hətta nəzarət mexanizmi də mövcuddur. Hesab edirəm ki, bu tip güzəştlər tətbiq olunarsa, öz effektini verər".

Mənbə
oxu.az