İdman

Türkiyədə Salahın oturduğu qaya turistik məkana çevrildi - Foto

22 Sep 2026, 04:36 1 baxış
Türkiyədə Salahın oturduğu qaya turistik məkana çevrildi - Foto
Türkiyənin Trabzon vilayətindəki Kurtdere yaylasında yerli "Trabzonspor" futbol klubunun hücumçusu Məhəmməd Salahın foto çəkdirdiyi qaya turizm məkanına çevrilib. Oxu.Az bu barədə "Türkiye Today" nəşrinə istinadən xəbər verir. Salah Kapadokiyaya səfərindən olan fotoları sosial şəbəkələrdə paylaşıb. Həmin şəkillər arasında onun yaylada qayanın üzərində əyləşdiyi anı əks etdirən fotolar da yer alıb. Şəkil sürətlə internetdə yayılıb və azarkeşlər futbolçunun foto çəkdirdiyi dəqiq yeri axtarmağa başlayıblar. Bildirilir ki, görməli yeri tapmaq və onunla foto çəkdirmək istəyənlərə kömək etmək üçün qayanın yanında "Salah Yaylası" yazılmış məlumat lövhəsi quraşdırılıb. İndi yüzlərlə turist və "Trabzonspor" azarkeşi Salahın duruşunu təkrar edərək şəkil çəkdirmək üçün bu daşın yanına axın edir. Qeyd edək ki, 34 yaşlı Salah avqust ayında "Trabzonspor"a transfer olunub. Buna qədər o, 2017-ci ildən çıxış etdiyi İngiltərənin "Liverpul" klubunun şərəfini qoruyub.
{{gallery}}
Türkiyədə Salahın oturduğu qaya turistik məkana çevrildi - Foto Türkiyədə Salahın oturduğu qaya turistik məkana çevrildi - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər