İdman

Ehtiram Quliyevlə bağlı şok iddia: "Turan Tovuz"dan gedir

22 Sep 2026, 01:48 3 baxış
Ehtiram Quliyevlə bağlı şok iddia: "Turan Tovuz"dan gedir
"Turan Tovuz" klubunun prezidenti Ehtiram Quliyev vəzifəsindən ayrılmağa hazırlaşır. Oxu.Az idmanxeber.az-a istinadən xəbər verir ki, klub rəhbərinin yaxın günlərdə Tovuz təmsilçisi ilə vidalaşacağı gözlənilir. Məlumata görə, Quliyev bu qərarı klub daxilindəki problemlər və idarəetmə məsələləri ilə bağlı narazılıqlar səbəbindən verib. İddiaya əsasən, E.Quliyev "Turan Tovuz"da qərarların qəbul edilməsi ilə bağlı yaranmış vəziyyətdən narazıdır və klubda fəaliyyətini davam etdirmək niyyətində deyil. Bildirilib ki, Quliyev yaxın vaxtlarda vəzifəsindən istefa verə bilər. Onun postunu klubun İdarə Heyətinin sədrinin birinci müavini Həsən Zeynalova təhvil verəcəyi gözlənilir. Qeyd edək ki, Ehtiram Quliyevin "Turan Tovuz"dan ayrılacağı ilə bağlı məlumat klub tərəfindən hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər