Dünya

Həddindən artıq qəhvə içmək qadınlar üçün niyə təhlükəlidir? - Mütəxəssisdən xəbərdarlıq

22 Sep 2026, 05:32 5 baxış
Həddindən artıq qəhvə içmək qadınlar üçün niyə təhlükəlidir? - Mütəxəssisdən xəbərdarlıq
İctimai səhiyyə üzrə mütəxəssis Rayan Lyu və epidemioloq Envu Lyu yaşlı qadınlara həddindən artıq qəhvə istehlakının mümkün təhlükələri barədə xəbərdarlıq ediblər. Oxu.Az xəbər verir ki, "Yahoo" nəşri mütəxəssislərin fikirlərini dərc edib. Rayan Lyunun sözlərinə görə, mütəxəssislər qəhvə və çay istehlakının sümük toxumasının mineral sıxlığındakı dəyişikliklərlə əlaqəsini və osteoporoz riskini artırıb-artırmadığını müəyyən etmək üçün 65 yaşdan yuxarı 10 000 qadının məlumatlarını araşdırıblar. Araşdırma nəticəsində məlum olub ki, çay içən qadınların bud-çanaq nahiyəsində sümük mineral sıxlığı çay içməyən qadınlara nisbətən bir qədər yüksək olub. Piylənməsi olan qadınlarda isə bu müsbət təsir daha nəzərəçarpan olub. Eyni zamanda, gündə beş fincandan çox qəhvə içən qadınlarda sümük mineral sıxlığının daha aşağı olduğu müəyyənləşib. "Qəhvədəki kofein kalsiumun sorulmasına və sümük toxumasının metabolizminə təsir göstərir. Lakin bu təsirlər əhəmiyyətli deyil və süd əlavə edilməsi ilə kompensasiya oluna bilər", - deyə Rayan Lyu bildirib. Mütəxəssis həmçinin qeyd edib ki, daha çox spirtli içki qəbul edən qadınların sümükləri daha kövrək olub. Envu Lyu əlavə edib ki, mütəxəssislər qadınlara qəhvədən tamamilə imtina etməyi və ya həddindən artıq miqdarda çay içməyi məsləhət görmürlər. "Lakin ehtimal etmək olar ki, orta miqdarda çay istehlakı sümük sağlamlığını dəstəkləməyin sadə yollarından biri ola bilər. Həddindən artıq qəhvə istehlakı isə osteoporoz riskini artıra bilər, xüsusilə də spirtli içki qəbul edən qadınlarda", - deyə o vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər