Maraqlı

Döymənin boyasında gizlənən təhlükə: Əməliyyat zamanı nə baş verə bilər?

22 Sep 2026, 03:16 5 baxış
Döymənin boyasında gizlənən təhlükə: Əməliyyat zamanı nə baş verə bilər?
Rusiyalı cərrah Aleksandr Umnov döymə (tatu) olan nahiyədə aparılan əməliyyatın hər hansı təhlükə yaradıb-yaratmayacağı barədə danışıb. Oxu.Az xəbər verir ki, mütəxəssis RT-yə müsahibəsində əsas riskin döyməsi olan şəxsdə qan yolu ilə keçən xəstəliklərin mövcud olduğu hallarda yarandığını bildirib. Həkim qeyd edib ki, infeksiya riski baxımından əməliyyatın birbaşa döymə olan nahiyədə və ya ondan kənarda aparılmasının fərqi yoxdur. Onun sözlərinə görə, hər iki halda təhlükə eynidir. "Əgər əməliyyat olunan şəxsin bədənindəki döymənin boyasında qurğuşun və ya digər zərərli kimyəvi birləşmələr varsa, bu zaman müəyyən təhlükə yarana bilər", - deyə mütəxəssis vurğulayıb. O əlavə edib ki, belə hallarda kəsik aparılarkən ayrılan maddələrin buxarları cərrahın zəhərlənməsinə səbəb ola bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər