Dünya
600 nəfərlik kənddən qəribə qərar: Ölkədən çıxmaq üçün səs verəcəklər - Foto
Böyük Britaniyanın cənubundakı Barnhem kəndi Piddinqton kəndinin təcrübəsindən nümunə götürərək krallığın tərkibindən çıxmaqla bağlı simvolik referendum keçirməyi nəzərdən keçirir. Oxu.Az "The Independent" nəşrinə istinadən xəbər verir. Barnhem İngiltərədə yaxınlıqdakı keçmiş hərbi obyektdə sığınacaq axtaran şəxslərin yerləşdirilməsinə etiraz olaraq Böyük Britaniyanın tərkibindən çıxmaqla bağlı simvolik referendum keçirməyi nəzərdən keçirən ikinci kənd olacaq.
Barnhem kəndinin əhalisi təxminən 600 nəfərdir. Yerli kilsə şurasının sədri Con Bauerin sözlərinə görə, yerli sakinlər arasında sığınacaq axtaran şəxslərin yerləşdirilməsi planlarını dəstəkləyən yoxdur. Qeyd edək ki, daha əvvəl Oksfordşirdəki Piddinqton kəndində yaxınlıqdakı Bicester hərbi bazasında 1 250 sığınacaq axtaran şəxsin yerləşdirilməsi planlarına etiraz olaraq Böyük Britaniyanın tərkibindən çıxmaqla bağlı simvolik referendum keçirilib.

Mənbə
oxu.az