Dünya

Süni intellektin növbəti qazananı: AMD bir trilyon dolları keçdi

22 Sep 2026, 00:48 3 baxış
Süni intellektin növbəti qazananı: AMD bir trilyon dolları keçdi
ABŞ-nin çip istehsalçısı "Advanced Micro Devices" (AMD) şirkətinin bazar kapitallaşması sentyabrın 21-də ilk dəfə 1 trilyon dolları ötüb. Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, şirkətin səhmləri süni intellekt texnologiyalarına tələbatın artması fonunda tarixi maksimuma yüksəlib. AMD-nin səhmləri 10% bahalaşaraq 615.99 dollara çatıb. Bununla da şirkətin bazar kapitallaşması 1 trilyon dolları keçib. AMD "Nvidia", "Broadcom" və "Micron"dan sonra bazar kapitallaşması 1 trilyon dolları aşan dördüncü ABŞ çip istehsalçısı olub. Qeyd edək ki, "Nvidia" bu həddə 2023-cü ildə çatıb. Hazırda şirkətin bazar kapitallaşması 5 trilyon dollardan çoxdur və "Nvidia" dünyanın ən dəyərli şirkətidir.
Mənbə oxu.az

Oxşar Xəbərlər