Cəmiyyət
Yuxarı mərtəbədən gələn "sürpriz"lərdən necə qorunaq? - Video
Çoxmərtəbəli binalarda qonşular arasında yaranan narazılıqların səbəbləri bəzən olduqca adi görünür. Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, kondisionerdən axan su, eyvanda çırpılan xalça, qurudulan paltarlar, hətta yuxarı mərtəbədən aşağı düşən məişət əşyaları sakinlər üçün ciddi narahatlığa səbəb ola bilər. Sakinlərin sözlərinə görə, xüsusilə kondisionerlərdən axan suyun aşağı mərtəbələrdə yaşayan və ya həyətdən keçən insanların üzərinə tökülməsi narazılıq yaradır. Vətəndaşlar hesab edirlər ki, kondisionerlərdən axan suyun xüsusi borular vasitəsilə kanalizasiya sisteminə yönəldilməsi daha məqsədəuyğundur.
Bununla yanaşı, eyvanlardan paltar və digər əşyaların asılması da binanın ümumi görünüşünə və qonşuların rahatlığına təsir göstərə bilər. Ekspertlər bildirirlər ki, mənzil sahibinin öz mülkiyyətindən istifadə etmək hüququ olsa da, bu hüquq digər sakinlərin rahatlığını və binanın ümumi estetik görünüşünü pozmamalıdır. Kulturoloq Minaxanım Əsədova məsələnin ilk növbədə maarifləndirmə yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb: "Bu məsələdə birinci növbədə maarifləndirmə aparılmalıdır. İkinci mərhələdə isə cəza tədbirləri görməyə ehtiyac var. Əziyyət çəkən qonşu bir-bir binadakı digər qonşuların qapısına gedib deməməlidir ki, siz məni narahat edirsiniz. Mütləq bu məsələyə nəzarət edən şəxs olmalıdır".

Mənbə
oxu.az