Dünya

Ağ Evdə qəribə anlar: Tramp çətin vəziyyətdə qaldı - Video

22 Sep 2026, 01:40 2 baxış
Ağ Evdə qəribə anlar: Tramp çətin vəziyyətdə qaldı - Video
ABŞ Prezidenti Donald Tramp Ağ Evin Cənub çəmənliyində yeni helikopter meydançasının açılışını edib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, Tramp Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasına, oradan isə Nyu-Yorka yola düşməzdən əvvəl inşaatçıların iştirakı ilə helikopter meydançasına aparan döşənmiş cığırın üzərindəki lenti kəsib.

Mərasim Trampı gözləyən yeni "VH-92A Patriot" prezident helikopterinin fonunda keçirilib. ABŞ prezidenti mərasim zamanı iştirakçılara qısa nitq söyləsə də, mühərriklərin səsi səbəbindən onun dediklərini eşitmək mümkün olmayıb.
Ağ Evdə qəribə anlar: Tramp çətin vəziyyətdə qaldı - Video
Mənbə oxu.az

Oxşar Xəbərlər