Digər
Formula 1 yarışlarının məsafəsi 15 kilometr qısaldılacaq
Gələn mövsümdən etibarən Formula 1 üzrə dünya çempionatında yarışların məsafəsi 15 kilometr qısaldılacaq.
Axar.az xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Yeni qaydalara əsasən, pilotlar əvvəlki 305 kilometr əvəzinə 290 kilometr məsafə qət edəcəklər. Bu dəyişiklik yarışların iki-üç dövrə qısalmasına səbəb olacaq.
Bundan əlavə, yarışın ümumi müddətinə tətbiq olunan üç saatlıq məhdudiyyət ləğv ediləcək. Bununla belə, yarışın startdan etibarən iki saatdan çox davam etməsinə icazə verilməyəcək.
Mənbə
axar.az