Cəmiyyət

Evdə hazırlanaraq bazara çıxarılan qida məhsulları üçün sertifikat tələb olunacaq - Video

22 Sep 2026, 02:00 2 baxış
Evdə hazırlanaraq bazara çıxarılan qida məhsulları üçün sertifikat tələb olunacaq - Video
Evdə hazırlanan konservləşdirilmiş qida məhsullarını satan şəxslərdən sertifikat tələb olunacaq. Oxu.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, yeni yanaşma xüsusilə bazarlarda ev üsulu ilə hazırlanan konservləşdirilmiş məhsullara, mürəbbələrə və digər qida məhsullarına şamil ediləcək.

Belə məhsulların satışını həyata keçirən şəxslər isə yeni qaydalarla razılaşmırlar. Satıcılar bildirirlər ki, ev şəraitində hazırladıqları məhsullar onların əsas gəlir mənbələrindən biridir. Onların sözlərinə görə, nəzarətin sərtləşdirilməsi satış imkanlarını məhdudlaşdıra bilər. Bölgə bazarlarında aparılan sorğu zamanı məlum olub ki, satıcılara bununla bağlı artıq xəbərdarlıq da edilib. Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, yeni mexanizm çərçivəsində ilk növbədə ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan, bazara çıxarıla bilən qida məhsullarının dairəsi dəqiqləşdiriləcək. Həmin məhsulların hazırlanması, saxlanılması, daşınması və istehlakçılara təqdim edilməsi zamanı qida təhlükəsizliyinin təmin olunması məqsədilə müvafiq tələblər müəyyənləşdiriləcək. Tənzimləmənin əsas məqsədi ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan qida məhsullarının qanuni şəkildə bazara çıxarılmasına imkan yaratmaqla yanaşı, onların istehlakçılar üçün təhlükəsizliyini təmin etmək və qida təhlükəsizliyi sahəsində vahid yanaşma formalaşdırmaqdır.
Evdə hazırlanaraq bazara çıxarılan qida məhsulları üçün sertifikat tələb olunacaq - Video
Mənbə oxu.az

Oxşar Xəbərlər