Şou biznes

Dima Bilan Azərbaycanı təmsil edən yeniyetməyə dəstək oldu - Foto

21 Sep 2026, 15:05 6 baxış
Dima Bilan Azərbaycanı təmsil edən yeniyetməyə dəstək oldu - Foto
Rusiyanın Əməkdar artisti Dima Bilan ikiqat Olimpiya çempionu Yevgeni Plyuşenkonun oğlu, hazırda Azərbaycanı təmsil edən fiqurlu konkisürən Aleksandr Plyuşenkonun "Instagram"dakı paylaşımına rəy yazıb. Oxu.Az-ın məlumatına görə, sözügedən paylaşım yeniyetmə idmançının Ankarada fiqurlu konkisürmə üzrə ISU Qran-pri yarışının gənclər mərhələsindəki çıxışına həsr olunub. "Saşa, təmkinli ol! Hər şey hələ yeni başlayır, qarşıda böyük təcrübə və daha çox qələbələr var. Hələlik isə bunlar həyat dərsləridir", - deyə D.Bilan idmançıya öz mənəvi dəstəyini ifadə edib. Qeyd edək ki, bir müddət əvvəl Rusiya Fiqurlu Konkisürmə Federasiyası Aleksandr Plyuşenkonun Azərbaycan milli komandasına keçidini rəsmən təsdiqləmişdi.
Dima Bilan Azərbaycanı təmsil edən yeniyetməyə dəstək oldu - Foto Dima Bilan Azərbaycanı təmsil edən yeniyetməyə dəstək oldu - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər