Cəmiyyət

Azərbaycanda qədim dövrlərə aid qurğular aşkarlandı

20 Sep 2026, 20:49 24 baxış
Azərbaycanda qədim dövrlərə aid qurğular aşkarlandı

Cəlilabad rayonunun Çəmənli kəndi ərazisində yerləşən Xudutəpə yaşayış məskənində arxeoloji qazıntı işləri aparılır.


Axar.az xəbər verir ki, Muğan tunc-ilk dəmir dövrü arxeoloji ekspedisiyasının rəhbəri, dosent Anar Ağalarzadənin Report-a verdiyi məlumata görə, Xudutəpə çoxtəbəqəli qədim yaşayış məskənində aparılan arxeoloji qazıntılar zamanı gildən hazırlanmış ocaq qurğuları və onların qalıqları aşkar edilib.


Diametri 40-45 santimetr olan bu qurğuların yemək bişirilməsi məqsədilə istifadə edildiyi ehtimal olunur.


Onun sözlərinə görə, uzunmüddətli oddan istifadə nəticəsində ocaqların daxilində narın kül təbəqəsi əmələ gəlib. Bu tapıntıların son tunc – ilk dəmir dövründə istifadə edildiyi ehtimal edilir. Hazırda qazıntı işləri davam etdirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər