Dünya

Trampın Çin avtomobilləri ilə bağlı planı ABŞ-də narahatlıq yaratdı

19 Sep 2026, 07:00 2 baxış
Trampın Çin avtomobilləri ilə bağlı planı ABŞ-də narahatlıq yaratdı
İri avtomobil istehsalçıları, tədarükçülər və dilerlər ABŞ Prezidenti Donald Trampı gələn həftə Çin Prezidenti Si Cinpinlə planlaşdırılan görüşü ərəfəsində Çin avtomobil istehsalçılarının ABŞ bazarına daxil olmasına icazə verməməyə çağırıblar. Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə altı avtomobil sənayesi təşkilatının Trampa ünvanladığı məktubda bildirilib. Keçən həftə Tramp "Fox News"ə müsahibəsində Çin avtomobil şirkətlərinin ABŞ-də avtomobil istehsal etməsinə qarşı olmadığını bildirib. "General Motors", "Toyota", "Volkswagen", "Ford", "Hyundai", "Stellantis", "Tesla" və digər şirkətlərin maraqlarını təmsil edən təşkilatlar Tramp administrasiyasını Çin avtomobil istehsalçılarının ABŞ-də avtomobil satmasına, idxal etməsinə və ya istehsal etməsinə imkan verilməməsi ilə bağlı mövcud siyasəti qorumağa çağırıblar. Məktubda qeyd olunub ki, Çin avtomobil istehsalçılarının ABŞ bazarında payı hazırda sıfırdır. Təşkilatların mövqeyinə görə, Çin şirkətlərinin ABŞ-də istehsal müəssisələri açmasına icazə verilməsi yerli avtomobil istehsalçılarına təsir göstərə və iş yerlərinin Çin şirkətlərinə keçməsinə səbəb ola bilər. 2025-ci ildə ABŞ-də qüvvəyə minən qaydalar Çinlə əlaqəli avtomobillərin və onların texnologiyalarının ABŞ bazarına çıxışını məhdudlaşdırıb. Məhdudiyyətlərin əsaslandırılmasında, digər məsələlərlə yanaşı, sürücülərin məlumatlarının təhlükəsizliyi ilə bağlı narahatlıqlar göstərilib. ABŞ Çin istehsalı elektromobillərə 100 faizlik tarif də tətbiq edir. Hazırda Konqresdə Çin avtomobillərinin ABŞ bazarına çıxışına dair məhdudiyyətlərin daha da sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsi müzakirə olunur.
Mənbə oxu.az

Oxşar Xəbərlər