Digər

Rusiya Kiyevi niyə gəmi əleyhinə raketlərlə vurur? - Səbəbi

19 Sep 2026, 07:00 2 baxış
Rusiya Kiyevi niyə gəmi əleyhinə raketlərlə vurur? - Səbəbi

Rusiya Kiyevə “Oniks” raketləri ilə zərbələr endirir. Məqsəd gələcək hücumlar üçün ballistik raket ehtiyatı toplamaq və bu silahların istifadəsinə qənaət etməkdir.


Axar.az xəbər verir ki, bu barədə aviasiya üzrə ukraynalı ekspert Boqdan Dolintse bildirib.


O, monitorinq təşkilatlarının məlumatlarına əsasən, rus qüvvələrinin son günlər Kiyevə “Oniks” raketləri ilə zərbələr endirməsi və gəmi əleyhinə raketlərin şəhərə qarşı istifadəsinin düşmənin digər zərbə vasitələrinin çatışmazlığına dəlalət edib-etməməsi ilə bağlı sualı cavablandırarkən qeyd edib:


“Oniks” raketləri hipersəsli deyil, səsdən sürətli raketlərdir. Yəni bu, hələ ballistik raket deyil. Lakin eyni zamanda çox yüksək sürətlə uçur. Bu da belə raketlərin ələ keçirilməsini adi ballistik raketlərin vurulması ilə müqayisəolunacaq dərəcədə çətinləşdirir”.


Ekspertin sözlərinə görə, vəziyyəti daha da çətinləşdirən amil bu raketlərin çox alçaq hündürlükdə uçması və relyefi dolanmaq qabiliyyətinə malik olmasıdır. Bu isə onların aşkarlanmasını xeyli çətinləşdirir və nəticədə raketlərin ələ keçirilməsi üçün reaksiya müddətini azaldır.


Dolintse həmçinin qeyd edib ki, bu raketlərin istifadəsi bir neçə amillə bağlıdır:


“İlk növbədə, Rusiyanın anbarlarında “Oniks” raketlərinin sayı ballistik raketlərin sayından əhəmiyyətli dərəcədə çox olub. Buna görə də düşmən bu yolla məhz ballistik raketlərdən istifadəyə olan yükü azalda bilər.


İkincisi, bu vasitələrdən danışsaq, Rusiya hələ yayın əvvəlində “Oniks” raketlərinin buraxılması üçün istifadə olunan “Bastion” sahil müdafiə komplekslərinin buraxılış qurğularını Kursk və Bryansk vilayətlərinə yerləşdirib”.


O vurğulayıb ki, ruslar bu vasitələrdən istifadə etməklə ballistik zərbə silahlarına qənaət etməyə və onları gələcək hücumlar üçün toplamağa çalışır.

Mənbə axar.az

Oxşar Xəbərlər