Dünya

Zelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"

19 Sep 2026, 00:18 3 baxış
Zelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"
Ukraynanın dövlət büdcəsində hazırda çox böyük "dəlik" problemi var. Lakin bu problemin həlli ilə bağlı təkliflər mövcuddur. Oxu.Az Ukrayna Prezidentinin Ofisinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Karpat səkkizliyi" görüşündə media ilə ünsiyyət zamanı bəyan edib. Prezidentin sözlərinə görə, Ukraynada çox böyük vəsait kəsiri var, lakin vəziyyətdən çıxış yolu üzərində iş aparılır. "Dünən Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə danışdıq, yaxın vaxtlarda onunla görüşəcəyik. Nəhəng kəsirdən çıxmaq üçün bəzi təkliflər hazırlayırıq", - deyə Zelenski bildirib. Onun sözlərinə görə, Ukrayna yaranmış vəziyyətdən bütün çıxış yollarını tapacaq. "Mən artıq bəzi məsələləri bilirəm. Artıq müəyyən razılaşmalar var", - deyə prezident dəqiqləşdirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər