Cəmiyyət
Məktəb başladı, müəllim işdən çıxarıldı: 28 valideyndən etiraz - Video
Məktəb başlayar-başlamaz sinif rəhbərinin əmək müqaviləsinə xitam verilib. İbtidai sinif müəlliminin məktəbdən uzaqlaşdırılması 28 valideynin narazılığına səbəb olub. Oxu.Az "Xəzər" TV-yə istinadla xəbər verir ki, söhbət Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 136 nömrəli tam orta məktəbin 3 "A" sinfindən gedir.
Valideynlər müəllimin dəyişdirilməsi zəruri olmadığı halda yeni müəllimə uyğunlaşma prosesinin ibtidai sinif şagirdləri üçün kifayət qədər vaxt aparacağından narahatlıqlarını ifadə edirlər. Onlar bildirirlər ki, Hafizə Seyidovanın əmək müqaviləsi Əmək Məcəlləsinin 10-1-ci maddəsinə əsasən daha bir il müddətinə uzadıla bilər.

Mənbə
oxu.az