İdman

Harri Keyn Almaniya Bundesliqasının tarixinə düşdü

19 Sep 2026, 02:00 4 baxış
Harri Keyn Almaniya Bundesliqasının tarixinə düşdü
"Bavariya"nın hücumçusu Harri Keyn Bundesliqada 100 qol həddinə çatıb. Oxu.Az "Sport Express" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı ingiltərəli futbolçu Almaniya Bundesliqasında "Union"a qarşı matçda penaltidən fərqlənib. Hazırda onun hesabında 98 matçda 100 qol var. Keyn bu göstəriciyə Bundesliqa tarixində hamıdan tez nail olub. Əvvəlki rekord 100 qolu 123 oyunda vuran Diter Müllerə məxsus idi. Xatırladaq ki, Keyn "Bavariya"ya 2023-cü ilin yayında "Tottenhem"dən keçib. Hücumçu bütün turnirlərdə keçirdiyi 154 matçda 151 qol vurub və 34 məhsuldar ötürmə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər