Digər

Trampdan husilərlə bağlı mühüm açıqlama...

19 Sep 2026, 01:20 3 baxış
Trampdan husilərlə bağlı mühüm açıqlama...

ABŞ Prezidenti Donald Tramp Amerika tərəfinin Yəməndəki husilərlə əlaqə saxladığını açıqlayıb.


Axar.az xəbər verir ki, Tramp “NyusNation”a müsahibəsində ABŞ-ın husilərlə danışıqlar apardığını bildirib.


“Biz husilərlə müzakirələr aparırıq və onlar razılığa gələ biləcəyimizi görmək istəyirlər”, – deyə Ağ Ev rəhbəri vurğulayıb.


Qeyd edək ki, ötən həftə husilər Yəmən hökumət qüvvələrinə qarşı hücuma keçərək ölkənin Qırmızı dəniz sahil xəttinin böyük hissəsinə, eləcə də Bab əl-Məndəb boğazına bitişik ərazilərə nəzarəti ələ keçiriblər.

Mənbə axar.az

Oxşar Xəbərlər