İdman

Almaniya Bundesliqası: "Bavariya" rəqibini meydana çıxmağa peşman etdi - Video

19 Sep 2026, 00:52 3 baxış
Almaniya Bundesliqası: "Bavariya" rəqibini meydana çıxmağa peşman etdi - Video
"Bavariya" öz meydanında Almaniya Bundesliqasının 4-cü turunda "Union"u darmadağın edib - 7:0. Oxu.Az xəbər verir ki, görüşdə Maykl Olise het-trik edib. Fransalı futbolçu həmçinin bir məhsuldar ötürmə ilə də yadda qalıb.

Harri Keyn iki qola imza atıb. Camal Musiala və İsmael Saybari isə hərəyə bir dəfə fərqləniblər. Alfons Deyvis və Tom Bişof hərəyə iki məhsuldar ötürmə ediblər. Bu qələbədən sonra xallarının sayını 10-a çatdıran "Bavariya" Bundesliqanın turnir cədvəlində birinci pilləyə yüksəlib. Bir xalı olan "Union" isə 16-cı pillədə qərarlaşıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər