İdman
İngiltərə Premyer Liqası: "Çelsi" ardıcıl üçüncü oyunda xal itirdi - Video
"Çelsi" İngiltərə Premyer Liqasının 5-ci turunun səfər oyununda "Brentford"a məğlub olub. Oxu.Az xəbər verir ki, qarşılaşma "arılar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolların üçü də ikinci hissədə vurulub. 61-ci dəqiqədə "Brentford"un hücumçusu Ceydon Entoni hesabı açıb. 83-cü dəqiqədə meydan sahiblərinin forvardı İqor Tyaqo komandasının üstünlüyünü iki topa çatdırıb. Matçda son nöqtəni 90+4-cü dəqiqədə "Brentford"un yarımmüdafiəçisi Fabiu Karvalyu qoyub. "Çelsi" çempionatda ardıcıl üçüncü oyunda xal itirib, bunadək Xabi Alonsonun yetirmələri "Arsenal"a məğlub olmuşdular (1:2) və "Hall Siti" ilə heç-heçə etmişdilər (2:2). Bu qələbədən sonra "Brentford" xallarının sayını 9-a çatdıraraq turnir cədvəlində 3-cü pilləyə yüksəlib. 7 xalı olan "Çelsi" isə 7-ci sırada qərarlaşıb.

Mənbə
oxu.az