İdman

"Qarabağ" "Şəfa"nı məğlub etdi

18 Sep 2026, 22:04 2 baxış
"Qarabağ" "Şəfa"nı məğlub etdi
Misli Premyer Liqasının VI turunda "Qarabağ" "Şəfa"ya qalib gəlib. Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. 61-ci dəqiqədə əllə oyuna görə təyin olunan penalti zərbəsini Marko Yankoviç qola çevirib. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 13 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. 3 xalı olan "Şəfa" isə onuncudur. Qeyd edək ki, turun açılış matçında "Neftçi" "Qəbələ"ni 3:0 hesabı ilə məğlub edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər