Digər
Ermənistana Rusiyadan daha bir xəbərdarlıq
Ermənistanda Rusiya iqtisadi operatorlarının maraqlarının pozulması Rusiya tərəfindən cavabsız qalmayacaq.
Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
“Ermənistan əmin edib ki, ölkədəki yerli investisiyalar təhlükə altında deyil, lakin bu bəyanatlar reallığı tam əks etdirmir”, - Qaluzin vurğulayıb.
Qeyd edək ki, Rusiya Ermənistanı Rusiyanın milyardlarla sərmayə yatırdığı müəssisələri ələ keçirməkdə günahlandırır.
Mənbə
axar.az