İdman
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
Fransa milli komandasının yeni baş məşqçisi Zinəddin Zidan Kilian Mbappenin millidə kapitanlıq sarğısını qoruyub saxlayacağını təsdiqləyib. Oxu.Az bu barədə Sport24.ru-ya istinadən xəbər verir. "Bəli, Mbappe indi mənim oyunçumdur və mənim kapitanım olacaq", - deyə Zidan qeyd edib. Mbappe milli komandada kapitanlıq sarğısını 2023-cü ilin martında Uqo Lyorisi əvəzləyərək alıb. 27 yaşlı futbolçu milli komandanın heyətində 106 oyun keçirib və 66 qolla yadda qalıb.
Mənbə
oxu.az