İdman

"Fənərbağça"nın müdafiəçisi məşqi yarımçıq tərk etdi - Səbəb

18 Sep 2026, 20:44 3 baxış
"Fənərbağça"nın müdafiəçisi məşqi yarımçıq tərk etdi - Səbəb
Türkiyənin "Fənərbağça" klubu gözlənilməz və ciddi itki ilə qarşılaşıb. Oxu.Az xəbər verir ki, İstanbul nəhənginin müdafiəçisi Mert Müldür zədə problemi ilə üz-üzə qalıb. 27 yaşlı futbolçu komandanın bugünkü məşqi zamanı diz nahiyəsindən zədələnib və hazırlıq prosesini dərhal yarımçıq dayandırmaq məcburiyyətində qalıb. Oyunçunun yenidən meydanlara nə vaxt dönəcəyi isə hələ ki, sual altındadır. Xatırladaq ki, Mert Müldür 2023-cü ilin yayından etibarən "Fənərbağça"nın şərəfini qoruyur.
Mənbə oxu.az

Oxşar Xəbərlər