Cəmiyyət
"Atanın, ananın, qardaşların hökmü ilə yaşayırdıq" - Keçmiş Bakıdan xatirələr - Video
Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qonağı Novxanı sakini Məsumə İsayeva olub. Verilişdə uşaqlıq illərindən, o dövrün qonşuluq münasibətlərindən danışan Məsumə İsayeva öz həyat hekayəsini bölüşüb. Novxanı sakini həyat yoldaşı ilə tələbəlik illərində, eyni qrupda oxuyarkən tanış olduğunu bildirib. O, yoldaşının ona gözlənilməz bir üsulla hisslərini bəyan etdiyini xatırlayıb:
"Yoldaşım gördü ki, məni istəyənlər var, ürəyini açdı. Rusca məktub yazdı ki, "əgər mənə "hə" deməsən, özümü dördüncü mərtəbədən atacağam". Mən də inandım, dedim, yazıqdır, özünü dördüncü mərtəbədən atar. Həm qrup yoldaşım idi, həm də xoşuma gəlirdi. Nərimanov parkında ona "hə" dedim". Gənc yaşlarında ailənin və qardaşlarının qoyduğu qayda-qanunlara ciddi əməl etdiklərini söyləyən Məsumə xanım bu səbəbdən hisslərini evdəkilərdən gizlətməyə məcbur olduğunu deyib: "Biz atanın, ananın, qardaşların hökmü ilə yaşayırdıq. Ona görə qorxumdan qardaşlarıma heç nə demədim. Amma bircə dəfə anama gecə yatanda ağlaya-ağlaya danışdım. Çünki sevgi ürəkdən gələndə göz yaşı ilə birgə gəlir". Mühit fərqliliyindən və Bakı kəndlərinin xarakterik xüsusiyyətlərindən danışan Məsumə İsayeva müşahidələrini belə bölüşüb: "Rayon yerlərində insanlar bir-birinin arxasındadırlar, bir-birini müdafiə edirlər. Amma bakılılarda belə deyil. Düzdür, yaxşı insanlardır, amma bir-birinin arxasında dayanmırlar. Bir də görürsən, biri digərinə çəp baxdı, vəssalam, onunla da münasibət bitdi".

Mənbə
oxu.az