Dünya

İran hökuməti xalqdan üzr istədi - VİDEO

18 Sep 2026, 15:44 2 baxış
İran hökuməti xalqdan üzr istədi - VİDEO
"Hazırda hansı iqtisadi çətinliklərlə üzləşdiyimizi hamımız anlayırıq. Bu gün bizim ən ciddi problemimiz bahalaşmadır". Oxu.Az "Azad İran" "Youtube" kanalına istinadən xəbər verir ki, bunu İranın birinci vitse-prezidenti Məhəmmədrza Arif dünən Tehran Universitetində keçirilən tədbirdə deyib.

Videomaterialda qeyd olunub ki, İran hökuməti ağır iqtisadi vəziyyətdən çıxış yolları ilə bağlı aydın təsəvvürə malik deyil və nə edəcəyini bilmir. "Bəs nə etmək lazımdır? Biz gələcəyə borc yığmaq istəmirik. Səhv etmək istəmirik. Dövlətə və cəmiyyətə aid ümumi sərvətləri gətirib xərcləmək istəmirik. Biz xam nefti satıb əldə olunan vəsaiti xərcləyə bilmərik, bu sərvət gələcək nəslə məxsusdur", - deyə o, ölkənin iqtisadi vəziyyətdən danışarkən diqqətə çatdırıb. Bunların fonunda o, hökumət adından iqtisadi böhrandan xilas olmaq üçün universitetlərdən və elm adamlarından kömək istəyib. İran rəsmisi ölkədə müşahidə olunan sürətli bahalaşmanın əhalinin dolanışığına mənfi təsirinə də münasibət bildirərək əlavə edib ki, inflyasiya 20 faizdirsə, maaş artımı 5 faiz ola bilməz. İnflyasiya 40 faiz olduğu halda son iki ildə maaş artımının 20 faiz olması qəbuledilməzdir. "Əgər bu il inflyasiya 60 və ya 70 faizdən yuxarı olsa, biz də maaşları 20 faiz artırsaq, belə vəziyyətdə yaşamaq mümkün deyil. Biz xalqdan üzr istəyirik və xəcalət çəkirik ki, bu gün insanların, xüsusilə də maaşla yaşayanların gəlirləri xərclərinə yetmir", - deyə açıqlamada qeyd olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər