Dünya
Ukraynaya yeni PUA və raketlər alınması üçün milyardlarla avro ayrıldı
Avropa Komissiyası (AK) Ukraynaya dəstək məqsədilə nəzərdə tutulan 90 milyard avroluq kredit proqramı çərçivəsində silah-sursat tədarükü üçün Kiyevə 3.3 milyard avro məbləğində vəsait göndərir. Oxu.Az xəbər verir ki, bu məlumatı AK rəhbəri Ursula fon der Lyayen bəyan edib. "Biz bu gün Ukraynaya yardım krediti xətti ilə pilotsuz uçuş aparatları və raketlərin tədarükü üçün 3.3 milyard avro ayırırıq. Avropa bundan sonra da Ukraynanın öz ərazisini və əhalisini müdafiə etməsi üçün tələb olunan dəstəyi göstərəcək", - deyə AK-nin mətbuat xidmətinin yaydığı bəyanatda fon der Lyayenin sözlərindən sitat gətirilir. Məlumatda vurğulanır ki, ayrılan bu maliyyə tranşı Kiyevin hava hücumundan müdafiə ehtiyaclarını, o cümlədən "Patriot" sistemləri üçün nəzərdə tutulan "PAC-3" raketlərinin təminatını qarşılamaq məqsədi daşıyır. Xatırladaq ki, sentyabrın 11-də Avropa Komissiyası Ukraynanın hava və raket hücumundan müdafiəsi, eləcə də digər hərbi ehtiyacları üçün əlavə 6.1 milyard avro ayrılmasına razılıq vermişdi.
Mənbə
oxu.az