Dünya

Vladimir Putin Dumaya seçkidə onlayn səs verib - Video

18 Sep 2026, 16:58 3 baxış
Vladimir Putin Dumaya seçkidə onlayn səs verib - Video
Rusiya Prezidenti Vladimir Putin vahid səsvermə günündə iştirak edərək doqquzuncu çağırış Dövlət Dumasına deputat seçkisində onlayn formada öz səsini verib. Oxu.Az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, dövlət başçısı səsverməni öz iş otağında həyata keçirib.

Son illər ərzində Putin səsvermə prosesində elektron üsuldan istifadə etməyə üstünlük verir. Belə ki, 2024-cü ildə o, həm prezident, həm də Moskva Şəhər Duması seçkilərində onlayn formatda iştirak etmiş, daha əvvəl isə payızda keçirilən vahid səsvermə günündə, o cümlədən Moskva merinin seçkisində məsafədən səs vermişdi. Qeyd edək ki, sentyabrın 18-dən 20-dək davam edən vahid səsvermə günündə doqquzuncu çağırış Dövlət Duması deputatlarının seçkisi keçirilir. Federal seçki dairəsi üzrə namizədlər siyahısına 10 siyasi partiya daxil edilib: Vahid Rusiya Partiyası, Kommunist Partiyası, Liberal Demokrat Partiyası, Yeni İnsanlar, Ədalətli Rusiya Partiyası, Pensiyaçılarının Sosial Ədalət Partiyası, Rusiya Kommunistləri, Vətən Partiyası, Rusiya Ekoloji Yaşıllar Partiyası və Birbaşa Demokratiya Partiyası. Eyni zamanda, 39 regionun qanunverici məclislərinə və RF subyektlərinin ali vəzifəli rəhbərlərinin seçkiləri (8 regionda birbaşa, 3 regionda isə regional parlamentlərin seçimi ilə) baş tutur. Ümumilikdə 23 minə yaxın mandatın sahibini tapması planlaşdırılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər