Dünya
Culian Assanjdan xəbər var: "WikiLeaks" layihəsinin yaradıcısı səssizliyini pozdu - FOTO
"WikiLeaks" layihəsinin yaradıcısı Culian Assanj ikiillik fasilədən sonra ictimai məkana qayıtdığını açıqlayıb. Oxu.Az xəbər verir ki, o, bununla bağlı "X" sosial media platformasında yeni paylaşım edib. Assanj öz hesabında qısa olaraq "Mən qayıtdım" sözlərini qeyd edib. Xatırladaq ki, o, "X" platformasında bundan əvvəlki sonuncu postunu Böyük Britaniyadakı həbsxanadan azad edildikdən bir müddət sonra - 28 iyun 2024-cü ildə paylaşmışdı. Məlumat üçün bildirək ki, Assanj 2019-cu ildən etibarən Ekvadorun Londondakı səfirliyindən çıxarıldıqdan sonra Böyük Britaniyanın ciddi qorunan Belmarş həbsxanasında saxlanılırdı. Beş ildən çox müddət ərzində ABŞ hökuməti rəsmi Londondan onun ekstradisiyasını tələb etsə də, Assanjın vəkilləri bu prosesin qarşısını almaq üçün mütəmadi olaraq hüquqi müstəvidə mübarizə aparıblar.
Mənbə
oxu.az