Cəmiyyət
Salyanda "Muravey" piyadanı vuraraq öldürdü
16:04
Salyan rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az Report-a istinadla xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının rayonun Qalalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Rayonun Cəngan kənd sakini, 1960-cı il təvəllüdlü Zəfər Mirzağa oğlu Vəliyev yolu keçən zaman "Muravey" markalı motoreller onu vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə
axar.az