Cəmiyyət

Bakının bu ərazilərində qaz olmayacaq

18 Sep 2026, 01:21 3 baxış
Bakının bu ərazilərində qaz olmayacaq

Sabah Bakının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Axar.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.


Bildirilib ki, təmir-quraşdırma işləri, həmçinin "Qaz İxrac" İdarəsinə məxsus "Hövsan-Digah" magistral qaz kəmərində aşkar edilmiş sızmanın aradan qaldırılması ilə əlaqədar sentyabrın 18-də saat 10:00-dan işlər başa çatanadək bir sıra ərazilərdə qazın verilişi dayandırılacaq.


Belə ki, Xətai rayonunun M.Hadi və A.Rəhimov küçələrinin, Əhmədli qəsəbəsində 1-ci və 5-ci Rezervuar küçələrinin, Babək prospektinin, Sabunçu rayonunun Balaxanı qəsəbəsində bir sıra küçələrin və "Fazenda yaşayış" massivinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər