Digər

Məhkəmədən Samvel Karapetyanla bağlı qərar...

17 Sep 2026, 23:45 2 baxış
Məhkəmədən Samvel Karapetyanla bağlı qərar...

Ermənistanın Antikorrupsiya Məhkəməsi “Güclü Ermənistan“ blokunun lideri, iş adamı Samvel Karapetyanın ev həbsini daha iki ay müddətinə uzadıb.


Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.


Qeyd edək ki, müxalif “Güclü Ermənistan” partiyasının lideri olan iş adamı Samvel Karapetyan “hakimiyyətin zorla ələ keçirilməsinə çağırış” maddəsi ilə açılan cinayət işi çərçivəsində ev dustaqlığında saxlanılır.

Mənbə axar.az

Oxşar Xəbərlər