Digər
Tramp buna görə Çinə tariflər tətbiq etməyəcək
ABŞ Prezidenti Donald Tramp Çin Sədri Si Szinpinin gözlənilən səfərindən əvvəl Çinə qarşı yeni tariflər tətbiq etməyəcək.
Axar.az xəbər verir ki, “Blumberq” bu barədə mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Vaşinqton Çin mallarına əlavə 7,5 faiz tarif tətbiqini tövsiyə edən ticarət araşdırmasının nəticələrinin elanını təxirə salıb. Yeni tariflərin nə vaxt və hansı həcmdə tətbiq ediləcəyi hələ məlum deyil.
Tramp daha əvvəl Si Szinpinin sentyabrın 24-də Vaşinqtona səfər edəcəyini gözlədiyini bildirib.
Mənbə
axar.az