Digər
Merz Trampla danışdı: Hörmüz və Qırmızı dəniz müzakirəsi...
Almaniya kansleri Fridrix Merz ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Axar.az xəbər verir ki, Almaniya hökumətinin mətbuat xidmətinin məlumatında liderlərin Ukraynada müharibənin başa çatdırılması istiqamətində atılacaq növbəti addımlar barədə fikir mübadiləsi apardıqları bildirilib.
Məlumata əsasən, Merz Konqres tərəfindən Qrehem sanksiyalar qanununun qəbul edilməsini yüksək qiymətləndirib.
Söhbət zamanı Hörmüz boğazı və Qırmızı dənizdəki vəziyyət də müzakirə olunub. Tərəflər hər iki su yolunun qısa müddətdə açılmasının zəruriliyini vurğulayıblar.
Mənbə
axar.az