İdman
Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq
Rusiyanın yeniyetmələrdən ibarət U-15 milli komandası FIFA-nın 15 yaşa qədər futbolçular arasında təşkil edəcəyi dünya çempionatı və festivalında ölkənin bayrağı və himni ilə çıxış edəcək. Oxu.Az bu barədə Rusiya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir. Turnirin ilkin mərhələsində Rusiya yığması Əfqanıstan, Cibuti, Syerra-Leone, Sudan və Türkiyə ilə eyni qrupda mübarizə aparacaq. Daha sonra isə digər qruplarda eyni pillələri tutan rəqiblərlə daha beş oyun keçiriləcək. Yarışlar 191 milli komandanın iştirakı ilə oktyabrın 22-dən 31-dək Azərbaycanda təşkil olunacaq. Matçlar 8x8 formatında - hər biri 20 dəqiqəlik iki hissədən ibarət olmaqla keçiriləcək. Bu, 2022-ci ildən bəri Rusiyanın istənilən yaş kateqoriyasında milli komandasının FIFA-nın himayəsi altında dövlət bayrağı və himni ilə çıxış edəcəyi ilk rəsmi turnirdir. Xatırladaq ki, 2022-ci ilin fevralında FIFA və UEFA Rusiyanın bütün klublarını və milli komandalarını rəsmi yarışlardan kənarlaşdırmışdı.
Mənbə
oxu.az