İdman

"Barselona"nın heyətində ciddi itki - FOTO

17 Sep 2026, 19:14 2 baxış
"Barselona"nın heyətində ciddi itki - FOTO
"Barselona" futbol klubunun qapıçısı Joan Qarsiya sağ dizində yaranan zədə ucbatından təqribən üç həftə yaşıl meydanlarla vidalaşmalı olub. Oxu.Az xəbər verir ki, ispaniyalı qolkiper La Liqanın 6-cı turu çərçivəsində baş tutan "Rasinq Santander"lə matçda zədələnib və oyunun fasiləsində yerini Voyçex Şesniyə verməyə məcbur qalıb. Klubun yaydığı bəyanatda Qarsiyanın sağ diz nahiyəsində yüngül narahatlıq hiss etdiyi vurğulanıb. Əldə olunan məlumata əsasən, futbolçu sağ dizinin meniskindən xəsarət alıb. Qeyd olunub ki, bu zədə onun ötən mövsüm cərrahi müdaxiləyə məruz qalan dizində deyil. Qarsiyanın növbəti üç həftə ərzində komandasına kömək edə bilməyəcəyi, bu səbəbdən də "Sevilya" ilə La Liqa qarşılaşmasını və İspaniya yığmasının qarşıdakı matçlarını buraxacağı ehtimal olunur. Qeyd edək ki, Qarsiyanın yaşıl meydanlardan kənarda qaldığı müddətdə əsas heyətdə Voyçex Şesninin qərarlaşacağı proqnozlaşdırılır. "Barselona"nın heyətində yay transfer pəncərəsində komandaya cəlb olunan Dominik Livakoviç də yer alır.
"Barselona"nın heyətində ciddi itki - FOTO "Barselona"nın heyətində ciddi itki - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər