Dünya
Avropanın hansı planı Trampı özündən çıxardı? - Ağ Ev liderindən ultimatum
Əgər Kanada Avropa İttifaqının (Aİ) assosiativ üzvü olarsa, Birləşmiş Ştatlar Avropa dövlətləri ilə ticari əlaqələri kəsə bilər. Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib. Tramp qeyd edib ki, Kanadanın Aİ-yə assosiativ üzvlüyünü düşmənçilik addımı kimi qəbul edə və Avropa ölkələrinə yüksək gömrük rüsumları tətbiq etməklə bir çox istiqamətlər üzrə ticarəti dayandıra bilər. Eyni zamanda, Ağ Evin rəhbəri əlavə edib ki, əgər Aİ bu addımı xoş niyyətlə atarsa, heç bir qorxulu hal yaşanmayacaq. Xatırladaq ki, sentyabrın 16-da Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Kanadanın Aİ-nin ilk assosiativ üzvü olmaq ehtimalını irəli sürüb. O bildirib ki, Ottava və Brüssel mövcud əhatəli iqtisadi və ticarət müqaviləsindən daha üstün əməkdaşlıq səviyyəsinə qədəm qoyacaqlar. Elə həmin tarixdə Kanadanın Aİ-dəki diplomatik nümayəndəsi Conatan Uilkinson Ottavanın fon der Lyayen tərəfindən irəli sürülən assosiativ üzvlük təklifinə təmkinlə yanaşdığını vurğulayıb.
Mənbə
oxu.az