Dünya

Hörmüz boğazı nə vaxtadək bağlı qalacaq? - Xameneinin müşaviri açıqladı

17 Sep 2026, 20:22 2 baxış
Hörmüz boğazı nə vaxtadək bağlı qalacaq? - Xameneinin müşaviri açıqladı
ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu hakimiyyətdə qaldığı müddətdə Hörmüz boğazı gəmiçilik üçün açılmayacaq. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Ali lideri Müctəba Xameneinin müşaviri Məhəmməd Baqir Zülqədr bəyan edib. "Döyüşçülərimiz Tramp və Netanyahu hakimiyyət taxtından devrilənədək Hörmüz boğazını açmayacaqlar", - deyə Zölqədr bəyanatında bildirib. O, həmçinin əlavə edib ki, boğazın bağlanması İran xalqının qisasının yalnız ilk mərhələsidir.
Mənbə oxu.az

Oxşar Xəbərlər