Cəmiyyət

Suraxanıda sakinlərin həyatı cəhənnəmə dönüb: Qorxu içindədirlər - VİDEO

17 Sep 2026, 22:42 2 baxış
Suraxanıda sakinlərin həyatı cəhənnəmə dönüb: Qorxu içindədirlər - VİDEO
Suraxanı rayonunun Səttar Bəhlulzadə qəsəbəsində yerləşən 18 evin sakinləri təhlükəli şəraitdə yaşadıqlarını bildirirlər. Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, sakinlər ərazidə qrunt sularının üzə çıxması nəticəsində evlərə su dolmasından, divarlarda çatlar yaranmasından və ciddi nəmişlik əmələ gəlməsindən narazıdırlar. Onların sözlərinə görə, yağışlı havalarda isə əraziyə gediş-gəliş çətinləşir. Vətəndaşlar qeyd edirlər ki, bəzi sakinlər evlərini tərk edərək kirayəyə çıxmağa məcbur olublar. Lakin kirayə haqqını ödəməkdə çətinlik çəkirlər.

Şikayətçilər ərazidəki qamışlıq səbəbindən həşərat, ilan və digər sürünənlərin də evlərin yaxınlığına gəldiyini deyirlər. Tərk edilmiş bəzi evlərə isə tanımadıqları şəxslərin daxil olaraq gecələdiyini bildirirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər