Digər

ABŞ Səudiyyəyə 48 ədəd F-35 qırıcısı satacaq

17 Sep 2026, 22:50 3 baxış
ABŞ Səudiyyəyə 48 ədəd F-35 qırıcısı satacaq

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 48 ədəd F-35 qırıcısı və əlaqədar avadanlığın mümkün satışına razılıq verib.


Axar.az xəbər verir ki, satış paketinin təxmini dəyəri 24,3 milyard dollardır. Paketə 49 mühərrik, ehtiyat hissələri, proqram təminatı, təlim və texniki-logistik dəstək daxildir.


Açıqlamaya görə, mümkün satış Səudiyyə Ərəbistanının müdafiə imkanlarını və ABŞ qüvvələri ilə qarşılıqlı fəaliyyətini gücləndirəcək, regiondakı hərbi tarazlığı isə dəyişməyəcək. Əsas podratçılar “Lockheed Martin” və “Pratt & Whitney” şirkətləridir.

Mənbə axar.az

Oxşar Xəbərlər