Cəmiyyət

Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı

17 Sep 2026, 22:48 2 baxış
Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
Naftalana istirahətə gələn kişi ölüb. Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Naftalan şəhərində yerləşən hotellərdən birində qeydə alınıb. Belə ki, Özbəkistan vətəndaşı, 1987-ci il təvəllüdlü Cafar Mahmudoviç Mahmudovun istirahət etdiyi sanatoriyada qəfil halı pisləşib və o, ürək çatışmazlığından dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər