Dünya

İranla İsveç arasında gərginlik: 48 saat vaxt verildi

17 Sep 2026, 14:32 4 baxış
İranla İsveç arasında gərginlik: 48 saat vaxt verildi
İranın Xarici İşlər Nazirliyi Stokholmdakı səfirliyinin əməkdaşının Skandinaviya ölkəsinin daxili işlərinə qarışması ilə bağlı İsveçin irəli sürdüyü iddiaları təkzib edib. Stokholmun bu addımına cavab olaraq, İsveç diplomatik missiyasının bir əməkdaşı ölkədən deportasiya edilib. Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Bildirilib ki, İsveçin Tehrandakı səfiri İran XİN-ə çağırılaraq rəsmi Stokholmun Tehrana qarşı apardığı destruktiv siyasətlə əlaqədar ona qəti etiraz bildirilib. "Görüş zamanı İsveçin İrana qarşı əsassız ittihamları, o cümlədən Stokholmdakı İran səfirliyində çalışan diplomatlardan birinin fəaliyyətinin davam etdirilməsinə maneə yaradılması rədd edilib", - deyə açıqlamada qeyd olunub. Həmçinin, İran XİN İsveç səfirinə bildirib ki, bu ölkənin Tehrandakı diplomatlarından biri ona izah olunan aydın səbəblərə görə 48 saat ərzində İranı tərk etməlidir. Xatırladaq ki, sentyabrın 16-da İsveçin Xarici İşlər Nazirliyi İran səfirini çağıraraq Stokholmdakı İran səfirliyinin əməkdaşından ölkəni tərk etməsinin tələb olunduğunu bildirmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər