Cəmiyyət
Bakıda yolun ortasında açıq qalan şaxta sakinlər üçün təhlükə yaradıb - FOTO
Bakıda, səkidə üstü açıq qalan şaxta sakinlərin narazılığına səbəb olub. Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib. Qeyd olunub ki, vətəndaş üç gün əvvəl Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə zəng edərək Abdulla Şaiq küçəsi, 214, ünvanında, "Capital Towers Residence"lə üzbəüz yolda üstüaçıq qalan şaxtanın təhlükə yaratdığını bildirib.
O, xüsusilə gecə saatlarında insanların şaxtaya yıxıla biləcəyini qeyd edərək, aidiyyəti qurumların məsələni həll etməsini xahiş edib. Vətəndaşa göndərilən cavabda müraciətin araşdırılmasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səlahiyyətinə aid olduğu bildirilib.
Hazırda açıq qalan şaxtanın nə vaxt və hansı qurum tərəfindən təhlükəsiz vəziyyətə gətiriləcəyi məlum deyil. Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu verilib.

Mənbə
oxu.az