Cəmiyyət

Bizon “13 həftə, 13 avtomobil”i uğurla yekunlaşdırdı

17 Sep 2026, 15:49 3 baxış
Bizon “13 həftə, 13 avtomobil”i uğurla yekunlaşdırdı

Azərbaycanın aparıcı içki markalarından biri olan “Bizon”un yay mövsümündə həyata keçirdiyi “13 həftə, 13 avtomobil” lotereya kampaniyası başa çatıb. Kampaniya çərçivəsində 13 həftə ərzində hər həftə bir avtomobil oynanılıb və nəticədə 13 iştirakçı “Changan Q05” avtomobilinin sahibi olub.


İyunun 1-dən avqustun 30-dək davam edən kampaniya istehlakçılar arasında böyük maraqla qarşılanıb və Azərbaycan qida sektorunda keçirilən lotereya kampaniyaları arasında rekord iştirak göstəricisi ilə seçilib. Kampaniya müddətində istehlakçılar lotereya dizaynlı “Bizon” məhsullarını əldə edərək qapaq altındakı xüsusi kodları qeydiyyatdan keçirməklə həftəlik tirajlarda iştirak etmək imkanı qazanıblar.


Lotereyanın əsas fərqləndirici xüsusiyyətlərindən biri tirajların şəffaf və açıq şəkildə keçirilməsi olub. Hər həftənin qalibi “Bizon Energy” YouTube kanalında canlı yayım vasitəsilə müəyyənləşdirilib və iştirakçılar seçim prosesini real vaxt rejimində izləyə biliblər.


Kampaniya boyunca avtomobil qazanan 13 qalibin adları belədir:


I həftə – Fuad Zeynalov


II həftə – Teymur İsmayılov


III həftə – Kənan Məlikli


IV həftə – Tahir Allahverdiyev


V həftə – Nəsimi Quliyev


VI həftə – Salman Səmədov


VII həftə – Xanım Həmidova


VIII həftə – Tamerlan Əsədov


IX həftə – Əfsanə Əhmədzadə


X həftə – İlqar Mustafayev


XI həftə – Rasim Qasımov


XII həftə – Mətanət Abbasova


XIII həftə – Məleykə Nəsibova


Bütün qaliblərə qazandıqları avtomobillər rəsmi şəkildə təhvil verilib. Beləliklə, 13 həftəlik kampaniya 13 avtomobilin 13 fərqli qalibə təqdim olunması ilə yekunlaşıb.


“13 həftə, 13 avtomobil” kampaniyası “Bizon”un istehlakçılarla birbaşa ünsiyyətini və onların marka ilə bağlı təcrübəsini gücləndirən layihələrdən biri kimi yadda qalıb. Kampaniyanın geniş auditoriya tərəfindən izlənilməsi, tirajların canlı yayımlanması və qaliblərin hər həftə şəffaf şəkildə müəyyənləşdirilməsi lotereyaya olan marağın davamlı şəkildə qorunmasına imkan verib.


Qeyd edək ki, “Bizon” bundan əvvəl də istehlakçılar üçün müxtəlif kampaniyalar və layihələr həyata keçirərək markanın dinamik və enerjili kommunikasiya xəttini davam etdirib. “13 həftə, 13 avtomobil” lotereyası isə təqdim olunan mükafatların miqyası, 13 həftəlik fasiləsiz tiraj prosesi və iştirakçıların yüksək marağı ilə markanın ən diqqətçəkən kampaniyalarından birinə çevrilib.

Mənbə axar.az

Oxşar Xəbərlər