Siyasət
Şoyqu Rusiya-Azərbaycan münasibətlərindən və planlardan danışdı
"Rusiya ilə Azərbaycan əlaqələrdə yaranmış böhranlı vəziyyəti aradan qaldırıb və hazırda ikitərəfli tərəfdaşlığın daha da genişləndirilməsi zəruridir". Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının (TŞ) katibi Sergey Şoyqu açıqlama verib. "Məmnuniyyətlə qeyd edirik ki, Moskva və Bakının ortaq səyləri nəticəsində ikitərəfli münasibətlərdə yaxın keçmişdə baş vermiş böhranlı mərhələ artıq geridə qalıb. Hazırda əsas məqsədimiz Rusiya-Azərbaycan əməkdaşlığının dövlət başçılarının razılaşmalarına uyğun şəkildə davamlı inkişafını təmin etməkdir", - deyə o bildirib. Şoyqu xüsusilə vurğulayıb ki, Rusiya tərəfinin mövqeyinə görə, Azərbaycanla əlaqələr mehriban qonşuluq və tərəfdaşlıq prinsiplərinə, həmçinin ali səviyyədə imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə də daxil olmaqla, ikitərəfli müqavilə-hüquq bazasına əsaslanaraq inkişaf etməlidir.
Mənbə
oxu.az
Oxşar Xəbərlər